İsveçrəli seçicilər COVİD sertifikatı ilə bağlı qanunu dəstəkləyir

Etirazçılar bazar günü Berndə yerləşən İsveçrə parlamenti qarşısında keçirilən nümayiş zamanı polislə üz-üzə gəlib. Foto: DW

Keçirilən gərgin kampaniyalardan sonra ilkin nəticələr göstərir ki, əhalinin üçdə ikisi COVID sertifikatı ilə bağlı qanun lahiyəsini dəstəkləyir.

İsveçrədə keçirilən referendumda seçicilər COVID sertifikatları ilə bağlı qanuna dəyişiklikləri dəstəkləyib. Bu qanunun əleyinə olanlar isə ölkədə daha öncə görünməmiş səviyyədə gərgin keçən kampaniya həyata keçirib.
Bazar günü hesablanan ilkin nəticələrdən görünür ki, seçicilərin təxminən üçdə ikisi qanun layihəsini dəstəkləyib, – bazar tədqiqatçısı GFS Bern isə bunun 63 faiz olacağını proqnazlaşdırır.

Etirazlar öncəsi polis Berndə hökumət və parlament binasının ətrafını hasarlayıb.

İsveçrənin 26 kantonundan 16-nın nəticələrindən görünür ki, 64 faiz seçici fəallığının olduğu referendumda seçicilərin 61.9 faizi qanunun lehinə səs verib.

Ümumdünya Səhiyyə Təşkilatının COVİD-19-un “Omicron” ştamından narahatlıq duyduğunu bildirdiyi ərəfədə keçirilən referendum bütün dünya ölkələrini və bazarlarını silkələyib.

Səsvermənin keçirilməsi həmçinin İsveçrədə COVİD epidemiyasına yoluxanların sayının oktyabr ayının ortalarına nisbətən yeddi dəfədən çox artdığı bir zamana təsadüf edir.

Qanun hər hansı şəxsin peyvənd olunduğunu və ya xəstəlikdən sağaldığını göstərən COVİD sertifikatına hüquqi əsas verməyi hədəfləyib. Müxaliflərin fikrincə, sentyabr ayından etibarən restoranlara, digər qapalı məkanlara və tədbirlərə daxil olmaq üçün tələb olunan sertifikatlar “ayrı-seçkilik” yaradır.

Avropanın əksər ölkələrində olduğu kimi İsveçrədə də pandemiyanın qarşısını almaq üçün tətbiq olunan məhdudiyyətlər və insanların peyvənd olunmaq üçün təzyiqə məruz qalması qəzəbə səbəb olub. Ancaq bir neçə aydan bir mədəni şəkildə və ölçülüb-biçilmiş müzakirələr şəraitində referendumların keçirildiyi bir ölkədə səsvermə ilə bağlı gərginliyin kəskin artması şok hissi yaradıb.

Polis təhqir və hətta ölüm təhdidlərinə məruz qalan çox sayda siyasətçi üçün təhlükəsizlik tədbirlərini artırıb.

Kampaniya tez-tez “Freiheitstrychler” və ya ” Freedom ringers”, yəni üzərində Alp dağlarına məxsus ağ çiçəklər ilə işlənmiş ağ köynək geyinmiş və çiyinlərində boyunduruqdan asılmış iki zəng olan kişilər tərəfindən təkrar etirazların keçirilməsinə səbəb olub.

Nümayişlərin bəziləri polislə şiddətli toqquşmalara səbəb olub və nəticədə polis izdihamın qarşısını almaq üçün rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib.

Qanunun əleyhinə olan “Friends of the Constitution” (“Konstitusiya Dostları”) qrupunun sözçüsü Mişel Kayler hökumətə bu cür səlahiyyətlərin verilməsinin “demokratiya üçün son dərəcə təhlükəli” olduğunu bildirib.

“Ən çox utanc verən odur ki, bu qanun bir sıra konstitusiya hüquqlarını və xüsusən də COVİD sertifikatı almaqla bağlı şəxsi azadlığın olduğu bildirilən 10-cu maddənin pozulmasına səbəb olur”, – deyə o səsvermədən sonra AFP-ə bildirib.

“Beləliklə, bu, İsveçrə kimi bir ölkə üçün son dərəcə şok yaradan bir situasiyadır”.

Qrupun razılaşmadığı səsvermə zamanı zorakılıq hallarına gəlincə o bildirib ki, “Hökumət özündən soruşmalıdır ki, mümkün həddi aşmağa, insanların əlavə ciddi ziyanlar çəkməsinə səbəb olan, pandemiyadan daha pis olan məcburi tədbirləri tətbiq edərək sıxışdırmağa görə məsuliyyət daşıyırmı. Bəlkə də bu, insanların həddindən artıq reaksiyasına səbəb olur”.

Bazar günü dərc olunan qəzetlərdə deyilir ki, İsveçrə prezidenti Guy Parmelin daha çox insanı peyvənd olmağa səsləyib.

İsveçrə əhalisinin təxminən 67 faizi tam peyvənd olunub, 2 faizi isə iki dozalıq peyvəndin sadəcə birinci dozasını alıb. Link İnstitutunun “SonntagsBlick” qəzeti üçün 1300 nəfər arasında keçirdiyi sorğunun nəticələrinə görə 53 faiz isveçrəli məcburi şəkildə peyvənd edilməsini dəstəkləyir.

Ana səhifəDünyaİsveçrəli seçicilər COVİD sertifikatı ilə bağlı qanunu dəstəkləyir