İsveçrə vətəndaşı barədə həbs-qətimkan tədbiri seçilib

Vartan Sirmakes Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz sahibkarlıqla məşğul olub

Source:


Vartan Sirmakes Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz sahibkarlıqla məşğul olub

Bu gün Nərimanov Rayon Məhkəməsi İsveçrə vətəndaşı Vartan Sirmakesin barəsində həbs-qətimkan tədbiri seçib. Azərbaycan tərəfi onun saxlanması və istintaqa  cəlb olunması üçün İnterpola müraciət edib.

Bundan öncə Azərbaycan Baş Prokurorluğu bu ölkənin vətəndaşı Vartan Sirmakesin Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərinə və orada qanunsuz sahibkarlıq  fəaliyyətilə məşğul olduğuna görə cinayət məsuliyyətinə cəlb olunması üçün İsveçrəyə müraciət edib.

“Franck Muller Group” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru olan Vartan  Sirmakes bir qrup şəxslə birlikdə Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz sahibkarlıqla məşğul olub.

Belə ki, V.Sirmakes Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qanunsuz rejimi beynəlxalq səviyyədə tanıtdırmaq və təbliğ etmək məqsədilə dövlət sərhəddini qanunsuz keçərək Zəngilan rayonunun Vejneli kəndində qızıl mədəninin açılışı mərasimində iştirak edib.

Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsində fakt üzrə Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 192.2.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə cinayət işi başlayıb. (“Turan” İA)

Ana səhifəXəbərlərİsveçrə vətəndaşı barədə həbs-qətimkan tədbiri seçilib