İsveçrə prezidenti partiya liderləri ilə görüşəcək

Leyla Yunus və Mehman Əliyevə dəvət gəlməyib

Source:


Leyla Yunus və Mehman Əliyevə dəvət gəlməyib

İsveçrə prezidenti, hazırki ATƏT sədri  Didye Burkhalterlə iyunun 2-də saat 17.00-da “Four Seasons Hotel”də keçirilən görüşü hüquq müdafiəçisi Leyla Yunus və “Turan İA”nın direktoru Mehman Əliyev dəvət olunmayıb.

Meydan TV-yə açıqlama verən hüquq müdafiəçisi Leyla Yunus bildirdi ki, prezident Didye Burkhalterlə görüşə partiya liderləri dəvətlidir: “Mən ReAL-in icra katibi Natiq Cəfərli ilə danışdım, o, bildirdi ki, prezidentlə görüşə Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli dəvət olunublar”.

İyunun 1-də Bakıya gələn ATƏT-in hazırkı sədri, İsveçrə prezidenti Didye Burkhalter iyunun 2-də günün birinci yarısı prezident İlham Əliyevlə görüşüb.

Ana səhifəXəbərlərİsveçrə prezidenti partiya liderləri ilə görüşəcək