İsveçrə prezidenti müxalifət liderləri ilə görüşüb

İsa Qəmbər görüşdə demokratiya, insan haqları, siyasi məhbuslar, seçki və seçki prosesi, vətəndaş cəmiyyətinə basqılarla bağlı fikir mübadiləsi aparıldığını deyib.

Source:





r


üş


d


ə


demokratiya, insan haqlar


ı


, siyasi m


ə


hbuslar, se


ç


ki v


ə


se


ç


ki prosesi, v


ə


t


ə


nda


ş


c


ə


miyy


ə


tin


ə


basq


ı


larla ba


ğ


l


ı


fikir m


ü


badil


ə


si apar


ı





b.

İyunun 2-də İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalter Azərbaycan müxalifətinin rəhbərləri və ictimai təşkilatların təmsilçiləri ilə görüşüb.

Görüşdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, REAL Hərəkatının icraçı direktoru Natiq Cəfərli, NİDA Hərəkatının İdarə Heyətinin üzvü Aygün Pəncəliyeva, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov, İnsan Haqları Evinin koordinatoru Şəhla İsmayılova iştirak edib.

Müsavat Partiyasının başqanı İsa Qəmbər “Turan İA”a bildirib ki, bir saatdan çox çəkən görüşdə demokratiya, insan haqları, siyasi məhbuslar, seçki və seçki prosesi, vətəndaş cəmiyyətinə basqılarla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ReAL-çı Natiq Cəfərli görüş barədə Facebook səhifəsində yazıb ki, söhbət zamanı əsas məsələ siyasi məhbusların vəziyyəti, ölkədə demokratiya, insan haqq və azadlıqları ilə bağlı durum müzakirə olundu: “Cənab prezidentə AİHM-in İlqar Məmmədovla bağlı son qərarını təqdim etdim və bildirdim ki, belə görüşlərdə biz, REAL Hərəkatı olaraq istərdik ki, iqtisadiyyat, ölkənin gələcəyi, Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı hökumətə alternativ fikirlərimizi, ideyalarımızı bölüşək. Amma təəssüf ki, hakimiyyətin repressiyaları illərdir ilk mövqeyə məhz siyasi məhbuslar məsələsini çıxardır. Bu “qapalı dairəni” açmaq lazımdır, biz son görüşlərdə məhz bu yolu tutmuşuq…”.

Ana səhifəXəbərlərİsveçrə prezidenti müxalifət liderləri ilə görüşüb