İsveçin baş naziri paytaxtdakı olayı terror aktı sayır

Yük avtomobilinin məxsus olduğu ”Spendrups” şirkəti də avtomobilin qaçırıldığını açıqlayıb

Source:


Yük avtomobilinin məxsus olduğu ”Spendrups” şirkəti də avtomobilin qaçırıldığını açıqlayıb

Aprelin 7-də İsveçin paytaxtı Stokholmun mərkəzində sürücü yük maşınını insanların üstünə sürməsi nəticəsində 3 nəfər ölüb, çoxlu sayda yaralı var.

Sürücü qəzanı törədəndən sonra avtomobillə yaxınlıqdakı mağazanın vitrinlərinə şırpılıb.

Yerli polis olayı terror aktı elan edib.

Məlumatı yayan Lenta.ru İsveçin baş naziri Stefan Lövenin də hadisəni terror aktı hesab edir.

Yük avtomobilinin məxsus olduğu “Spendrups” şirkəti də avtomobilin qaçırıldığını açıqlayıb.

Son xəbərə görə yük maşınını sürən şəxsi saxlanılıb.

Hazırda şəhərdə təhlükəsizlik tədbirləri görülür, metro bağlanıb.

Ana səhifəXəbərlərİsveçin baş naziri paytaxtdakı olayı terror aktı sayır