İsveçdə azərbaycanlılar Tofiq Yaqubluya azadlıq tələb ediblər

Aksiyada 30-dək şəxs iştirak edib.

Source: Specify Source


Aksiya səfirliyin önündə təşkil olunub

İsveçdə yaşayan bir qrup azərbaycanlı bu ölkədəki Azərbaycan səfirliyinin önündə aksiya keçirərək, Tofiq Yaqubluya azadlıq tələb edib.

Bu barədə Meydan TV-yə İsveçdə yaşayan azərbaycanlı mühacirlər məlumat verib. Aksiyada 30-dək şəxs iştirak edib.

Avropada yaşayan mühacirlər Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun həbsini pisləyən aksiyalar təşkil edirlər. Artıq 7 gündür jurnalist Əfqan Muxtarlı və ictimai fəallar Almaniya kansleri Angela Merkelin Berlindəki ofisi önündə aclıq aksiyası keçirir.

Martın 22-dən həbsdə olan Tofiq Yaqublu sentyabrın 3-də Nizami Rayon Məhkəməsində çıxarılan hökmlə 4 il 3 ay azadlıqdan məhrum edilib. O, hökmdən bir gün öncə məhkəmədə son sözünü deyəndə çıxışının sonunda aclıq aksiyasına başladığını bildirib. T.Yaqublu qanunsuz həbsinə və məhkəmə ədalətsizliyinə etiraz olaraq bu addımı atdığını, azadlığa buraxılana qədər aclığı dayandırmayacağını bəyan edib.

Sentyabrın 12-də müxalif fəalın vəziyyəti pisləşib və “City Hospital”a yerləşdirilib.

image_from_ios.jpg
aksiya
Ana səhifəSiyasətİsveçdə azərbaycanlılar Tofiq Yaqubluya azadlıq tələb ediblər