İsveçdə azərbaycanlı koronavirusdan ölüb

Eyni zamanda, İsveçdə daha bir 47 yaşlı azərbaycanlı koronavirus diaqnozu ilə xəstəxanada yatır.

Source: Specify Source


Məhərrəm Hüseynovun ailəsi onun Neftçalada dəfn olunmasını istəyir

Azərbaycan vətəndaşı, 1961-ci il təvəllüdlü Məhərrəm Hüseynov mayın 15-də İsveçin paytaxtı Stokolmda koronavirusdan (COVID-19) vəfat edib.

“Report” İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü Nadir Hollenbranda istinadən bu barədə məlumat yayıb.

Bildirib ki, M.Hüseynovun ailəsi onun doğulduğu Neftçala rayonunda dəfn olunmasını istəyir.

Eyni zamanda, İsveçdə daha bir 47 yaşlı azərbaycanlı koronavirus diaqnozu ilə xəstəxanada yatır.

Bundan əvvəl Stokholm şəhərində yaşayan 22 yaşlı azərbaycanlı gənc də aprelin sonunda koronavirus pandemiyasından vəfat edib. Mayın 10-da isə İstanbulda Kayabaşı Məhəlləsi Xəstəxanasında çalışan azərbaycanlı həkim

Tahir Bababəyli

COVİD-19 infeksiyasından ölüb.

Ana səhifəSosialİsveçdə azərbaycanlı koronavirusdan ölüb