İsveç XİN rəhbəri: ”Azərbaycanın qaçqınlarla iş təcrübəsini öyrənmək istəyirik”

O, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının qadın nümayəndələrinin görüşünün keçirilməsini təklif edib

Source:
XİN rəhbərlərinin mətbuat konfransı
XİN rəhbərlərinin mətbuat konfransı
XİN rəhbərlərinin mətbuat konfransı
XİN rəhbərlərinin mətbuat konfransı


O, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının qadın nümayəndələrinin görüşünün keçirilməsini təklif edib

“İsveç Azərbaycanın qaçqınlarla iş sahəsindəki təcrübəsini öyrənməkdə maraqlıdır”.

APA-nın məlumatına görə, bunu İsveçin xarici işlər naziri Marqot Vallström Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə ilə görüşdə deyib.

Nazir suriyalı qaçqınlarla bağlı məsələyə də toxunub: “Suriyada davam edən müharibə İsveçi miqrant axını ilə üz-üzə qoyub. Bu, təcrübə mübadiləsi apara biləcəyimiz sahələrdən biridir. Azərbaycan böyük sayda qaçqın probleminin öhdəsindən gəlmiş ölkədir”.

Gün ərzində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra mətbuat konfransı keçirən Marqot Vallström münaqişə tərəfləri arasında etimad tədbirlərinin bir hissəsi kimi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının qadın nümayəndələrinin görüşünün keçirilməsini təklif edib.

O, həm də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ATƏT-in Minsk qrupunun geniş iclasının çağırılmasını  tövsiyyə edib.

E.Məmmədyarov Azərbaycanın təklifi dəstəklədiyini qeyd edib. O, gec-tez icmalar arasında görüşün təşkil olunmalı olduğunu vurğulayıb.

Azərbaycan XİN başçısı isveçli həmkarı ilə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edib və bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini qarşı tərəfə çatdırıb.



APA, Trend,  report.az

Ana səhifəXəbərlərİsveç XİN rəhbəri: ”Azərbaycanın qaçqınlarla iş təcrübəsini öyrənmək istəyirik”