İstiqlalçı deputatlar müstəqilliyin 25-ci ildönümünü qeyd edib

”Bizdən sonrakı nəsil də Azərbaycan tarixində üzərinə düşən mühüm əsəri yazmalıdır”

Source:
foto Elçin Hidayət
foto Elçin Hidayət


”Bizdən sonrakı nəsil də Azərbaycan tarixində üzərinə düşən mühüm əsəri yazmalıdır”

Oktyabrın 17-də Azərbaycanın müstəqillik aktının lehinə səs verən deputatlar müstəqilliyin 25-ci ildönümü münasibəti ilə dinləmələr keçirib.

“Turan” yazır ki, dinləmələrdə 1991-ci ildə parlamentdə “Demokratik Blok”un üzvü olan bir qrup keçmiş deputat, milli azadlıq hərəkatının rəhbərləri, fəalları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edib.

Azərbaycan Ali Soveti (parlament) 1991-ci il oktyabrın 18-də “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul edib.

Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs verib. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95 faizi səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

Tədbir 1988-ci ildə meydan hərəkatı zamanı səsləndirlən Üzeyir Hacıbəyuovun “Koroğlu” üverturasının sədaları ilə başlayıb. Müstəqiliyə gedən yolda tarixi səhnələri, – Bakıda meydan hərəkatını, 20 Yanvar qırğınını, Qarabağda hərbi əməliyyatları əks etdirən sənədli film salona nostalji bir sükut gətirib.

foto Elçin Hidayət
foto Elçin Hidayət

“Azərbaycanın müstəqilliyindən 25 il keçməsinə baxmayaraq, ölkədə demokratik azadlıqlar hələ də təmin edilməyib. Hakimiyyəti müstəqilliyin əleyhinə səs verənlər zəbt edib. İstiqlalçı deputatların halal haqlarına hörmət bəslənilmir”, deyə forumun aparıcısı, istiqlalçı deputat Hacıbaba Əzimov qeyd edib.

Digər istiqlalçı deputatlar ölkədə müstəqillik uğrunda mübarizənin tarixinə nəzər salıb. Müstəqillik Gününün ölkədə ümumxalq səviyyəsində qeyd edilməməsini kəskin tənqid ediblər.

“Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə on minlərlə insan canından keçib. Hətta Azərbaycanda sovet rejiminin tərəfdarı olan insanlar belə, sonradan yeni müstəqillik uğrunda mübarizə əzmində olan yeni nəslin yetişdirilməsində mühüm rol oynayıb. Müstəqillik Azərbaycan xalqının şah əsəridir. Bizdən sonrakı nəsil də Azərbaycan tarixində üzərinə düşən mühüm əsəri yazmalıdır”, deyə istiqlalçı deputat Etibar Məmmədov qeyd edib.

Müsavat başqanı Arif Hacılı sovet dönəmində də Azərbaycanda Məmməd Əmin Rəsulzadənin ideyalarının hakim olduğunu deyib.

Ana səhifəXəbərlərİstiqlalçı deputatlar müstəqilliyin 25-ci ildönümünü qeyd edib