“İstintaqda cinayət işinin ləğvinə səbəb ola biləcək pozuntuya yol verilib”

Hakim Əfqan Hacıyevin zəzrçəkənlərin məhkəməyə məcburi gətirilməsi haqda qərar çıxarmaq təklifini vəkillər birmənalı qarşılamayıblar

Source:


Hakim Əfqan Hacıyevin zəzrçəkənlərin məhkəməyə məcburi gətirilməsi haqda qərar çıxarmaq təklifini vəkillər  birmənalı qarşılamayıblar

Aprelin 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində AMAY şirkətinin rəhbəri Abdulla Abdullayev və onunla birgə təqsirləndirilən daha 5 nəfərin məhkəmə prosesi davam edib.

Məhkəmə prosesində ittiham tərəfin “zərərçəkən” kimi tanıdığı şəxslər dindirilib. Dindirilən şəxslər özlərini zərərçəkən saymadıqalrını, Atatürk prospekti 80/78-37 ünvanında tikilən hündürmərtəbəli binada mənzil aldıqlarını bildiriblər. Onlar binada tamamlama işlərinin başa çatdırılmasını istədiklərini qeyd ediblər. Adı çəkilən binanın sakinləri müqavilədə nəzərdə tutulan məbləğdən əlavə pul ödəmədiklərini, əlavə pul istənilmədiyini də bildiriblər. Ümumiyyətlə, cinayət işilə bağlı məhkəmə proseslərində indiyə kimi dindirilən 50-dən yuxarı zərərçəkən özünü bu statusda tanımadığını söyləyib.

Adı çəkilən binadakı tamamlama işlərinə gəlincə, binanın tikintisinə məsul şəxslər liftlərin qoyulduğunu, elektrikin verildiyini, kanalizasiya sisteminin qoşulduğunu bildiriblər.

Vəkillərin “zərərçəkən”lərə ünvanladıqları “korrupsiya idarəsinə özünüz getdiniz, yoxsa çağırıldınız” sualına onlar məhz çağırıldıqlarını bildiriblər.

Vəkil Osman Kazımov bildirib ki, cinayət işində adı keçən “zərərçəkənlər”in bu statusda tanınmaları üçün istintaq onların hər biri haqda “zərərçəkən şəxs” qərarı qəbul etməli idi. Vəkil istintaqın belə qərar qəbul etmədiyini, sadəcə ümumi siyahı təqdim etdiyini deyib. Vəkilə görə, bu halda qanunun tələbləri pozulduğu üçün bu şəxslər məhkəmə tərəfindən zərərçəkən kimi tanına bilməzdilər.

O.Kazımov digər bir maraqlı məqam kimi istintaqın cinayət işinin başa çatması haqda zərərçəkənləri xəbərdar etməməsini göstərib. O qeyd edib ki, bu qanunun elə kobud şəkildə pozulmasıdır ki, cinayət işinin ləğv olunmasına əsas verir.

Zərərçəkənlərin məhkəmə prosesinə gəlməmələrinə də toxunulub. Hakim Əfqan Hacıyevin onların məhkəməyə məcburi gətirilməsi haqda qərar çıxarmaq təklifini vəkillər  birmənalı qarşılamayıblar. Bu məsələ ətrafında müzakirələr olsa da məhkəməyə məcburi gətirmək haqda qərarın bir həftə təxirə salınması məqbul sayılıb. Həm də müdafiə tərəfə zərərçəkənləri öz imkan, təsirindən istifadə edərək məhkəmə prosesinə cəlb etmələri təklif olunub.

Növbəti məhkəmə prosesi aprelin 16-da saat 10:00-a təyin edilib.

AMAY şirkətinin rəhbəri A.Abdullayev 2014-cü il aprelin 4-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin dələduzluq, dövlət vəsaitlərini külli miqdarda mənimsəsmə və ya israfetmə, səlahiyyətindən sui-isitifadə kimi ittihamlar irəli sürülüb. A.Abdullayev bütün ittihamları rədd edir və özünü təqsirli bilmir.

Ana səhifəXəbərlər“İstintaqda cinayət işinin ləğvinə səbəb ola biləcək pozuntuya yol verilib”