İstifadə təlimatı Azərbaycan dilində olmayan dərmanların idxalına icazə verilməyəcək

Tarif (qiymət) Şurası tərəfindən dərman vasitələrinin qiymətləndirilməsi prosesi ilə bağlı keçid dövrü artıq yekunlaşıb

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə


Tarif (qiymət) Şurası tərəfindən dərman vasitələrinin qiymətləndirilməsi prosesi ilə bağlı keçid dövrü artıq yekunlaşıb

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) dərman vasitəsi idxalçıları və xarici istehsalçı müəssisələrin rəsmi nümayəndəliklərinə xəbərdarlıq edib.

APA-nın xəbərinə görə, xəbərdarlıqda bildirilir ki, Tarif (qiymət) Şurası tərəfindən dərman vasitələrinin qiymətləndirilməsi prosesi ilə bağlı keçid dövrü artıq yekunlaşıb.

“”Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanunu və Nazirlər Kabinetinin 13 iyul 2007-ci il tarixli 108 nömrəli Qərarı ilə təsdiq olunmuş “Dərman vasitələrinin dövlət qeydiyyatı və reyestrinin aparılması Qaydaları”na əsasən dərman vasitələrinin istifadəsinə aid təlimat Azərbaycan dilində olmalıdır. Bununla əlaqədar olaraq bildiririk ki, 01.01.2017-ci il tarixindən etibarən istifadə təlimatı Azərbaycan dilində olmayan və Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən təsdiqlənməmiş formada olan dərman vasitələrinin idxalına icazə verilməyəcək”, – deyə qeyd olub.

Ana səhifəXəbərlərİstifadə təlimatı Azərbaycan dilində olmayan dərmanların idxalına icazə verilməyəcək