İsti havalar davam edəcək

Bakıda 23-38 dərəcə isti gözlənilir

Source:


Bakıda 23-38 dərəcə isti gözlənilir

İyulun 4-də Bakı və Abşeron yarımadasında hava günəşli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 22-27, gündüz 34-39, Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da hava şəraitinin yağmursuz keçəcəyi bildirilir. Gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacağı təxmin edilir.

Ana səhifəXəbərlərİsti havalar davam edəcək