Azərbaycan bu gün dünyanın ən bahalı və ən çox baxılan idman yarışlarından biri – “Formula 1-in ev sahibidir. Yarışlara bilet alanlarla bərabər, kənardan baxanların da sayı az deyil. Bakı sakinlərinin sözlərinə görə, biletlərin qiyməti çox bahadır:
İstəyərəm ki, baxım mən də Azərbaycan vətəndaşıyam. Amma biletin ən aşağısı biri 300 manatdır. Necə almaq olar onu? Azərbaycan vətəndaşı nə qədər maaş alır ki, o bileti alsın? Onun bir aylıq maaşı 300 manatdır. Dolanışıq etsin, ya bilet alsın?”