İstanbulda Tofiq Yaqubluya azadlıq tələb olundu

Azərbaycanlılar konsulluğun önünə toplandılar

Source: Meydan Tv


Azərbaycanlılar konsulluğun önünə toplandılar

Sentyabrın 14-də bir qrup azərbaycanlı müxalif fəal Tofiq Yaqublunun həbsinə etiraz əlaməti olaraq Azərbaycanın İstanbuldakı Konsulluğu önündə aksiya keçirib. Bu barədə Meydan TV-yə aksiya iştirakçıları məlumat veriblər. Onların sözlərinə görə, Türkiyədə oxuyan gənclərin təşəbbüsü ilə keçirilən piketdə əllərində plakatlar tutmuş azərbaycanlılar “Tofiq Yaqubluya azadlıq!” şüarı səsləndiriblər.

Eyniməzmunlu aksiya Kanadada, eləcə də Avropa ölkələrində təşkil olunur. Artıq 8 gündür ki, jurnalist Əfqan Muxtarlı və ictimai fəallar Almaniya kansleri Angela Merkelin Berlindəki ofisi önündə aclıq aksiyası keçirir.

Martın 22-dən həbsdə olan Tofiq Yaqublu sentyabrın 3-də Nizami Rayon Məhkəməsində çıxarılan hökmlə 4 il 3 ay azadlıqdan məhrum edilib. O, hökmdən bir gün öncə məhkəmədə son sözünü deyəndə çıxışının sonunda aclıq aksiyasına başladığını bildirib. T.Yaqublu qanunsuz həbsinə və məhkəmə ədalətsizliyinə etiraz olaraq bu addımı atdığını, azadlığa buraxılana qədər aclığı dayandırmayacağını bəyan edib.

Sentyabrın 12-də müxalif fəalın vəziyyəti pisləşib və “City Hospital”a yerləşdirilib. Onunla görüşən vəkilinin və həkiminin sözlərinə görə, T.Yaqublu həbsxanada da aclığı davam etdirir.

tofiq12.jpg
Aksiya
Ana səhifəXəbərlərİstanbulda Tofiq Yaqubluya azadlıq tələb olundu