Qəzaya uğrayan təyyarə

Mənbə: Foto: https://www.milliyet.com.tr/

Başlıq: Qəzaya uğrayan təyyarə

İstanbulda təyyarə qəzaya uğrayıb, xəsarət alanlar var

Təyyarədə 177 sərnişin olub

Çərşənbə günü bir sərnişin təyyarəsi İstanbul hava limanında uçuş-enmə zolağından çıxıb, 52 nəfər xəsarət alıb, - “Anadolu” agentliyi xəbər verir.

“Pegasus” Hava Yollarına məxsus təyyarə Türkiyənin İzmir şəhərindən İstanbulun Sabiha Gökçen Beynəlxalq Hava Limanına enərkən uçuş-enmə zolağından çıxaraq qəzaya səbəb olub, - Türkiyənin Nəqliyyat və infrastruktur naziri Cahit Turhan bildirib.

Turhan təyyarədə olan 177 nəfər arasında itki olmadığını, onların arasında iki uşaq və altı ekipaj üzvü olduğunu deyib.

“Komandamız hazırda sərnişinləri təxliyə edirlər”,- deyə əlavə edib.

Hadisənin ardından “Pegasus” Hava Yolları açıqlama verib və qəzanı təsdiqləyib:

“Hal-hazırda həyat itkisi yoxdur, yaralı sərnişinlərimiz xəstəxanalara göndərilir. Hadisələrin gedişatı haqqında məlumat verməyə davam edəcəyik”.

Televiziya görüntülərində təyyarənin kokpitinin və ön qisminin gövdəsindən ayrıldığı, bir qisminin isə qəzanın ardından alovlandığı görünür. “BBC Türkçə” bəzi sərnişinlərin öz çabalarıyla təyyarədən çıxdığını xəbər verir. Bölgəyə bir neçə yanğınsöndürən və tibb işçisi göndərilib. İstanbul Valisi Ali Yerlikaya 52 yaralının ətrafdakı xəstəxanalara qaldırıldığını açıqlayıb.

Paytaxt Ankara prokurorları hadisə ilə əlaqədar istintaq başladıb. Hava limanı hava hərəkəti üçün müvəqqəti olaraq bağlanıb.

“Anadolu” agentliyi həmçinin xəbər verir ki, Sabiha Gökçəndə uçağın zolaqdan çıxmasıyla yaranmış qəzanın ardından hadisə yerinə göndərilən polislərin havalimanı yaxınlarında qəza keçirdiyi bildirilir. Yaralanan beş özəl hərəkət polisi xəstəxanaya qaldırılıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ah47t1

Ən çox baxılan