İstanbulda terror: ölən və yaralananlar var (yenilənib)

Hazırda İstiqlal prospekti üzərində helikopter uçur, bütün mağazalar qapadılıb, satıcılar ərazidən çıxarılıb

Source:


Hazırda İstiqlal prospekti üzərində helikopter uçur, bütün mağazalar qapadılıb, satıcılar ərazidən çıxarılıb

————————————————————————————————————-


15.22. İstanbul valisi Vasip Şahin jurnalistlərə bildirib ki, hadisə nəticəsində 20 nəfər yaralanıb: “Hadisə icra hakimiyyətinin binası qarşısında baş verib. Partlayışda terrorçu-kamikadze ilə birlikdə 4 nəfər həyatını itirib”.


Məlumata görə, Şişli Etfal Xəstəxanasına ikisi ağır olmaqla, 10 yaralı, Haseki Xəstəxanasına isə biri ağır olmaqla, 5 yaralı gətirilib.

İstanbulun Bəyoğlu rayonunun İstiqlal prospektində terror törədilib.

Türkiyə mətbuatının bildirdiyinə görə, Balo küçəsində baş verən partlayış bir müddət böyük panikaya səbəb olub. Hazırda xeyli sayda polis, təcili yardım maşınları və yanğınsöndürənlər hadisə yerindədir. Polis küçəyə giriş-çıxışları bağlayıb, partlayışın meydana gəldiyi əraziyə heç bir nəqliyyat vasitəsi buraxılmır.

“Milliyet” qəzeti Bakı vaxtı ilə saat 13:00-da baş verən partlayışda hələlik rəsmi açıqlama verilməsə də, ilkin məlumata görə 2 nəfərin öldüyünü, Eyni zamanda biri ağır olmaqla, 5 yaralının İstanbul Haseki Xəstəxanasına aparıldığını yazıb.

“CNN Türk”ün əməkdaşı isə hadisənin kamikadze-terrorçunun hücumu səbəbindən baş verdiyini, iki nəfərin öldüyünü, ən azı 10 nəfərin yaralandığını bildirib. Hətta partlayış yerindəki cəsədlərdən birinin kamikadze-terrorçuya aid olduğu qeyd edilib.

“Qalatasaray” və “Taksim” meydanlarından bulvara girişlər də bağlanıb. Polis terrorçu və terrorçuların ərazidə ola biləcəyi istiqamətindəki bildirişin üzərinə ara küçələrdə axtarışlara başlayıb. Hazırda İstiqlal prospekti üzərində helikopter uçur. Prospektdəki bütün mağazalar qapadılıb, satıcılar ərazidən çıxarılıb (


report


).

Ana səhifəXəbərlərİstanbulda terror: ölən və yaralananlar var (yenilənib)