İstanbulda terror aktı yeni hadisələrin xəbərçisidir

Hazırki mərhələdə ABŞ, Rusiya, Türkiyə, İsrail, ərəb dünyasının razılıq əldə etməsi hələki Türkiyə, Suriya, İraq və İranda həm ölkədaxili proseslərə, həm də bütünlükdə regional siyasətə təsir göstərmək qabiliyyətinə malik sabit şaxələnmiş mərkəzlər formalaşdırılmasını yekunlaşdırmayan kürdlərin maraqlarına uygun deyil

Source:


Hazırki mərhələdə ABŞ, Rusiya, Türkiyə, İsrail, ərəb dünyasının razılıq əldə etməsi hələki Türkiyə, Suriya, İraq və İranda həm ölkədaxili proseslərə, həm də bütünlükdə regional siyasətə təsir göstərmək qabiliyyətinə malik sabit şaxələnmiş mərkəzlər formalaşdırılmasını yekunlaşdırmayan kürdlərin maraqlarına uygun deyil

Iyunun 28-də İstanbulda hava limanında baş vermiş terror aktını Türkiyənin böyük dövlətlərin və region ölkələrinin və yerli – dini, etnik, mafiya oyunçularının maraqlarının yenidən formalaşdırılmasında Türkiyənin mühüm rol oynadığı Ön Asiya regionunda yeni hadisələrin xəbərçisi adlandırmaq olar.

2015-ci ildən etibarən regional münaqişələrə bir qədər neytral olan Türkiyə Suriya və İraqdakı hərbi əməliyyatlara fəal şəkildə cəlb olunur, Kürd İşçi Partiyasına qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayır. Partlayış ərəfəsində isə İsrail və Rusiya ilə münasibətlərin normallaşdırılması mərhələsinin başladığı haqqında məlumatlar daxil olur. Bu, onu göstərir ki, bu teatrda hərbi-siyasi əməliyyatlar kulminasiya nöqtəsinə çatıb və aparıcı oyunçuların ilk növbədə maraqların yenidən formalaşdırılmasının hərbi fazasının yekunlaşması, ikincisi isə 2019-cu ildə qlobal iqtisadi böhranın başa çatması ərəfəsində regional təhlükəsizlik və maraqların yeni konturlarının formalaşdırılması üzrə razılaşdırılmış addımlar atmasını tələb edir.

Güclü Türkiyənin həm sərhədləri daxilində, həm də bütünlükdə regionda əsas düşməni olan kürd separatçıları bunu yaxşı başa düşür və regional anarxiyadan özünün maksimum kürd dövləti yaradılması və minimum kürd etnosunun region dövlətlərində – İraq, Suriya, Türkiyə və İranda nüfuzunun və maraqlarının güclənməsini ehtiva edən maraqları üçün istifadə edib.

Hazırki mərhələdə ABŞ, Rusiya, Türkiyə, İsrail, ərəb dünyasının razılıq əldə etməsi hələki Türkiyə, Suriya, İraq və İranda həm ölkədaxili proseslərə, həm də bütünlükdə regional siyasətə təsir göstərmək qabiliyyətinə malik sabit şaxələnmiş mərkəzlər formalaşdırılmasını yekunlaşdırmayan kürdlərin maraqlarına uygun deyil.

Türkiyə liderlərinin bəyanatları İŞİD-lə yanaşı, kürd amilinin də İstanbuldakı terror aktında iştirakına işarə edir. Baxmayaraq ki, hələlik heç kim terror aktına görə məsuliyyəti üzərinə götürməyib.

“Bu hadisə bir daha aydın şəkildə göstərdi ki, terror qlobal təhlükədir”, deyə Türkiyə baş naziri Binali Yıldırım hava limanında təşkil edilmiş brifinqdə bildirib. Yıldırım qeyd edib ki, terror aktı “terrorçulara-separatçılara qarşı mübarizədə” ölkəni uğurun müşaiyət etdiyi bir vaxtda baş verib. Türkiyə prezidenti Recep Tayyip Erdoğan bildirib ki, bu hücum döyüşçülərə qarşı qlobal mübarizədə dönüş nöqtəsi olmalıdır.

Ankara öz ərazisində kürd separatizminə qarşı daha ciddi-cəhdlə mübarizə aparmaq və İraq və Suriyada kürd iddialarını zəiflətmək üçün mütləq bu hadisədən istifadə edəcək. Türk qoşunlarının İraqın sərhəd rayonlarına və Suriyanın Şimal rayonlarına daxil olacağını və onların artıq mövcud olan beynəlxalq koalisiya ilə birgə fəaliyyətini gözləmək olar. İsrail və Rusiya, ABŞ və Qərbi Avropa ilə müəyyən konsensus əldə edilməsi fonunda bu addımlar səmərəli ola bilər.

Türkiyə rəsmi mənbələrinin məlumatına görə, Erdoğan və Putin iyunun 29-da telefon söhbəti zamanı “regionda siyasi-iqtisadi və humanitar böhranlar qarşısında qarşılıqlı fəaliyyətin və ikitərəfli münasibətlərin inkişafı istiqamətində səylərin zəruriliyi barədə razılığa gəliblər. Tərəflər ikitərəfli münasibətlərin bərpa edilməsində və terrorizmə qarşı birgə mübarizə aparılmasında qətiyyətli olduqlarını qeyd ediblər”.

Ana səhifəXəbərlərİstanbulda terror aktı yeni hadisələrin xəbərçisidir