Rusiyanın BMT-dəki daimi nümayəndəsi bəyan etmişdi ki, Rusiya və ABŞ Ukrayna münaqişəsinin uzunmüddətli həllini axtarır
İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında iki ölkə əlaqələrinin normallaşdırılmasını müzakirə etmək üçün aparılan danışıqların ikinci mərhələsi başa çatıb.
Yerli vaxtla saat 10:00-da başlayan görüş 5 saatdan çox davam edib.
Məsləhətləşmələrdə Rusiya nümayəndə heyətinə Vaşinqtondakı səfir Aleksandr Darçiyev rəhbərlik edib. Amerika tərəfini ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter təmsil edib.
Görüş İstanbulun əsas turizm küçəsi, baş konsulluğun yerləşdiyi İstiqlalda baş tutub. Şəhər hakimiyyəti görüşlə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib, polis əməkdaşları həm 1,5 kilometrlik piyada küçəsinin özündə, həm də diplomatik missiyanın binasında yerləşdirilib.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya daha əvvəl bəyan etmişdi ki, Rusiya və ABŞ Ukrayna münaqişəsinin uzunmüddətli həllini axtarır.