İstanbulda partlayış: Ölən və yaralananlar var (Yenilənir)

Dekabrın 10-da gecə saatlarında İstanbulda partlayış baş verib. Hadisə Beşiktaşda, “Vodafone Arena” yaxınlığında olub.

Source:

İstanbulun Beşiktaş rayonunda baş vermiş terror hadisəsi zamanı ölənlərin sayı 38 nəfərə çatıb. Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

S. Soylu deyib ki, şəhid olanlardan 31-I polis əməkdaşıdır. O, ölənlərdən birinin kimliyinin hələlik müəyyənləşmədiyini də qeyd edib.

Nazir qeyd edib ki, hazırda xəstəxanalarda 155 yaralı var, onlardan 14-nün vəziyyəti ağırdır.

S. Soylu hazırda 13 nəfərin şübhəli şəxs qismində saxlanıldığını da vurğulayıb: “İndiyə qədərki araşdırmalar hadisəni PKK terror təşkilatının törətdiyini göstərir”. (Anadolu agentliyi)

———————————————————————————————————-

Dekabrın 10-da gecə saatlarında İstanbulda partlayış baş verib. Hadisə Beşiktaşda, “Vodafone Arena” yaxınlığında olub.

Türkiyə mətbuatının yaydığı məlumata görə, hadisə yerində xeyli sayda polis və təcili yardım maşını var. Partlayış yerinə gələn daxili işlər naziri Süleyman Soylu 38-dən artıq polisin yaralandığını bildirib:

“Oyunun bitdiyi vaxtda, “Bursaspor”-un tərəfdarlarının çıxdığı çıxışda, azarkeşlər dağıldıqdan sonra çevik polis qüvvətlərinin olduğu nöqtədə bir bombalı maşın olduğu güman edilir”.

Bombalı maşının polislərin avtobusuna çırpıldığı təxmin edilir. Şahidlərin sözlərinə görə, 10 saniyə içərisində iki partlama səsi eşidilib.

Ana səhifəXəbərlərİstanbulda partlayış: Ölən və yaralananlar var (Yenilənir)