Türkiyənin İstanbul şəhərinin Şirinevler rayonunda 75-ci İl Polis Mərkəzinin qarşısında partlayış baş verib.
Motosikletə yerləşdirilmiş bombanın partladılması nəticəsində 10 nəfər yaralanıb.
Bu barədə İstanbul valisi Vasip Şahin açıqlama verib. Yaralıların hamısı xəstəxanalara çatdırlıb. Partlayışın gücündən yaxınlıqdakı binaların, mağazaların və avtomobillərin pəncərələrinin şüşəsi sınıb.
Eyni Polis Mərkəzi 2012-ci ildə də terror hücumuna məruz qalıb.