İstanbulda partlayış, 11 nəfər ölüb, 1 azərbaycanlı yaralanıb (yenilənib)

Onun Haseki xəstəxanasına yerləşdirildiyi bildirilir

Source:


Onun Haseki xəstəxanasına yerləşdirildiyi bildirilir

——————————————————————


Yaralanan Azərbaycan vətəndaşı Murad Mirəliyevdir. Şamaxı rayonunda yaşayan əslən axısxa türkü olan M. Mirəliyev ayağından yaralanıb. O, Haseki Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.


Zərərçəkən artıq əməliyyat olunduğunu deyib. O bildirib ki,  vəziyyəti normaldır, özünü yaxşı hiss edir. Yaralı İstanbulda yaşayan qohumlarına baş çəkmək üçün bu şəhərə səyahət etdiyini deyib.


———————————————————————-

İyunun 7-də səhər saatlarında İstanbulun Veznecilər məhəlləsində içərisində çevik polis qüvvələrinin olduğu avtomobilə hücum edilib. Polis avtomobili park edilmiş maşının yanından keçərkən partlayış baş verib. Sonra ikinci partlayış törədilib. Partlayışdan sonra polis əməkdaşları havaya atəş açıb.

Terror aktı nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb. Ölənlərdən 7-si polis əməkdaşı, 4 nəfər isə mülki şəxsdir.

Hadisə nəticəsində 36 nəfər yaralanıb ki, onlardan da 3-nün vəziyyəti ağırdır.

Son məlumata əsasən terror aktı nəticəsində yaralanan şəxslərdən biri Azərbaycan vətəndaşıdır. Onun Haseki xəstəxanasına yerləşdirildiyi bildirilir.

Ana səhifəXəbərlərİstanbulda partlayış, 11 nəfər ölüb, 1 azərbaycanlı yaralanıb (yenilənib)