İstanbul terroruyla bağlı 13 nəfər həbs edildi

”Terrorçulardan biri Özbəkistan, ikincisi dağıstan əsilli Rusiya, digərinin Qırğızıstan vətəndaşı olduğu müəyyənləşib”

Source:


”Terrorçulardan biri Özbəkistan, ikincisi dağıstan əsilli Rusiya, digərinin Qırğızıstan vətəndaşı olduğu müəyyənləşib”

Türkiyə polisi eyni vaxtda 16 ünvanda əməliyyat keçirib. Türkiyə mediasının məlumatına görə,

42 insanın öldüyü və 239-nun yaralnması ilə nəticələnən hadisə ilə bağlı genişmiqyaslı əməliyyatlara başlayıblar.

Polis tərəfindən verilən məlumata görə, həbs edilən şəxslərdən 3-ü xarici ölkə vətəndaşıdır (

lent.az

).

İyunun 30-da Tacikistan Xarici İşlər Nazirliyi bu ölkə vətəndaşının İstanbulda baş vermiş terror aktında əli olması barədə Türkiyənin “Milliyyət” qəzetinin məlumatını həqiqətəuyğun hesab etməyən açıqlama yayıb.

“Bu KİV yalnız kamikadzenin müşahidə kamerasından götürülmüş fotosunu dərc edib. Həmin şəxs zahirən tacikə bənzəsə də, bu, onun Tacikistan vətəndaşı olması anlamına gəlmir”, – “Azadlıq” radiosunun Tacikistan redaksiyası nazirliyin mətbuat xidmətinin bəyanatından sitat gətirib.

XİN-in məlumatına görə, Tacikistanın İstanbuldakı Baş Konsulluğunun nümayəndəsi bu gün “Milliyyət” qəzetinin əməkdaşları ilə görüşüb belə məlumatın haradan alındığına aydınlıq gətirəcək.

“Milliyyət” qəzeti Atatürk hava limanında baş vermiş partlayışlara üç tacik terrorçu-kamikadzenin bağlılığı barədə məlumat  dərc edib. Qəzetin saytındakı məlumatda  müşahidə kamerasından götürülmüş kadrlar dərc edilib.

Öz növbəsində İsrail KİV-i Türkiyə xüsusi xidmət  orqanlarına istinadən bildirib ki, terrorçulardan ikisi Özbəkistan vətəndaşları olub.

Ötən gün Türkiyə hakimiyyəti bəyan edib ki, İstanbul hava limanında baş vermiş terror aktının arxasında “İslam dövləti” ekstremist qrupu dayana bilər. Lakin hələlik bu terrora görə məsuliyyəti heç kim öz üzərinə götürməyib (

Turan. ia

).


“Hürriyet”

qəzeti yazıb ki, terrorçulardan biri Özbəkistan vətəndaşı, ikincisi dağıstan əsilli Rusiya vətəndaşı, digərinin Qırğızıstan vətəndaşı olduğu müəyyənləşib. Rusiya vətəndaşı 1 ay əvvəl Türkiyəyə Suriyadan gəlib və kirayələdiyi evdə sənələrini qoyub.

Son məlumatlara görə, üç terrorçu-kamikadzenin hücumu nəticəsində 42 nəfər həlak olub, 230-dan çox adam yaralanıb.-

Ana səhifəXəbərlərİstanbul terroruyla bağlı 13 nəfər həbs edildi