İstanbul terrorunda şübhəli bilinən daha 11 rusiyalı saxlanılıb

Hava limanında törədilən terror aktına görə saxlanılanların sayı 30-a çatıb

Source:

Hava limanında törədilən terror aktına görə saxlanılanların sayı 30-a çatıb

Türkiyədə İstanbul aeroportunda baş vermiş partlayış işi üzrə daha 17 nəfər tutulub. Turan İA Türkiyənin DHA agentliyinə istinadən yazır ki, saxlanılanların 11-i rusiyalıdır.

Agentliyin məlumatına görə, saxlanılan şəxslər “silahlı terror təşkilatına üzvlükdə” ittiham olunurlar.

Beləliklə, həbs olunanların ümumi sayı 30 nəfərə çatıb. İki gün öncə isə Şimali Qafqazdan olan 13 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Buna qədər Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan bildirib ki, şübhəlilər arasında Dağıstan, Qırğızıstan və Tacikistan vətəndaşları var. O bildirib ki, terroru “İslam dövləti” təşkil edib.

Məlumatlı mənbə “İnterfaks”a bildirib ki, Rusiyanın xüsusi xidməti terror aktlarına rusiyalıların bağlılığını təsdiq edən sübut almayıblar.

İyunun 28-də İstanbul aeroportunda baş vermiş partlayış zamanı 45 nəfər həlak olub.

Ana səhifəXəbərlərİstanbul terrorunda şübhəli bilinən daha 11 rusiyalı saxlanılıb