İstanbul prokurorluğu 47 jurnalist haqqında həbs qərarı verdi

25-27 iyul tarixlərində 89 jurnalistin saxlanmasına dair qərar çıxarılıb

Source:


25-27 iyul tarixlərində 89 jurnalistin saxlanmasına dair qərar çıxarılıb

İyulun 27-də İstanbul baş prokurorluğunun təqdimatı ilə Türkiyənin “Zaman” qəzetinin sabiq meneceri də daxil olmaqla 47 jurnalist haqqında həbs qərarı verilib. “Hürriyet” qəzetinin yazdığına görə, jurnalistlərin “Fətullahçı Terror Örgütü” (FETÖ) adlandırılan təşkilatla əlaqələri araşdırılacaq.

Barələrində həbs qərarı verilən jurnalistlər Osman Nuri Öztürk, Ali Akbulut, Bülent Keneş, Mehmet Kamış, Hüseyin Döğme, Süleyman Sargın, Veysel Ayhan, Şeref Yılmaz, Mehmet Akif Afşar, Ahmet Metin Sekizkardeş, Alaattin Güner, Faruk Kardıç, Metin Tamer Gökçeoğlu, Faruk Akkan, Mümtazer Türköne, Şahin Alpay, Sevgi Akarçeşme, Ali Ünal, Mustafa Ünal, Zeki Önal, Hilmi Yavuz, Ahmet Turan Alkan, Lalezar Sarıibrahimoğlu, Ali Bulaç, Bülent Korucu, İhsan Duran Dağı, Nuriye Ural, Hamit Çiçek, Adil Gülçek, Hamit Bilici, Şenol Kahraman, Melih Kılıç, Nevzat Güner, Mehmet Özdemir, Fevzi Yazıcı, Sedat Yetişkin, Oktay Vızvız, Abdullah Katırcıoğlu, Behçet Akyar, Murat Avcıoğlu, Yüksel Durgut, Zafer Özsoy, Cuma Kaya, Hakan Taşdelen, Osman Nuri Arslan, Ömer Karakaşdır.

İstanbul baş prokurorluğu iyulun 25-də 42 jurnalistin həbsi ilə bağlı qərar verib. 25-27 iyul tarixlərində ümumilikdə 89 jurnalist haqqında saxlanma qərarı çıxarılıb.

Ana səhifəXəbərlərİstanbul prokurorluğu 47 jurnalist haqqında həbs qərarı verdi