Terroru 1988-ci il təvəllüdlü Suriya vətəndaşının törətdiyi müəyyən edilib
“Türkiyənin İstanbul şəhərində baş vermiş terror aktı nəticəsində yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur”.
Bu barədə “Report”a Azərbaycanın İstanbuldakı baş konsulluğundan məlumat verilib.
Bu gün səhər saatlarında İstanbulda Sultanahmet meydanında törədilən terror aksiyası nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb. Terroru 1988-ci il təvəllüdlü Suriya vətəndaşının törətdiyi müəyyən edilib.