İstanbul aeroportunda azərbaycanlı 1 milyon dollarlıq zümrüdlə tutulub

Y. D. Dindirildikdən sonra deportasiya edilməsi üçün İstanbul Polisinin Miqrasiya Xidmətinə göndərilib

Source:


Y. D. Dindirildikdən sonra deportasiya edilməsi üçün İstanbul Polisinin Miqrasiya Xidmətinə göndərilib

Xaricdən Türkiyəyə qaçaqmalçılıq yolu ilə zinət əşyası gətirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, İstanbul polisinə Sabiha Gökçen Hava Limanından ölkəyə qaçaqmalçılıq yolu ilə qızıl-zinət əşyası gətiriləcəyi barədə əməliyyat məlumatı daxil olub. Məlumatla əlaqədar Azərbaycan vətəndaşı Y. D. nəzarətə götürülüb. Onun aeroportun yük yerindən götürdüyü qutuya baxış keçirilərkən 5,5 kq xam vəziyyətdə olan zümrüd aşkarlanıb. Məlum olub ki, xam məhsul İstanbuldakı Qapalıçarşı Ticarət Mərkəzində hazırlandıqdan sonra satılmaq üçün ölkəyə göndərilib.

Qiymətli qaşın 1 milyon dollar dəyərində olduğu bildirilir.

Y. D. Dindirildikdən sonra deportasiya edilməsi üçün İstanbul Polisinin Miqrasiya Xidmətinə göndərilib.

Ana səhifəXəbərlərİstanbul aeroportunda azərbaycanlı 1 milyon dollarlıq zümrüdlə tutulub