Hava limanında saatda 120-dən çox uçuş və eniş edilir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həftəsonu İstanbul aeroportunun üçüncü açılış mərasimini keçirib. Bundan sonra İstanbul aeroportu Avropanın ən böyük hava limanı olub.
Vertolyotla hava limanına uçan Ərdoğan Türkiyənin ən böyük şəhərinin şərqində yerləşən aeroportdan eyni vaxtda üç Türk Hava Yolları təyyarəsini çıxarmağı əmr edib.
“Boeing 787”, “Airbus A321” və “Boeing 737” təyyarələrindən biri 1453 uçuş nömrəsini daşıyıb. 1453 Osmanlı İmperiyasının Konstantinopolu (indiki İstanbul şəhəri) ələ keçirdiyi tarixdir. Digər iki təyyarə 1923 – Türkiyə Cümhuriyyətinin elan edilməsi tarixini və 2023 – ölkənin qarşıdan gələn yüz illik yubileyini xatırladan rəqəmi daşıyıb, – “Forbes” bazar ertəsi günü xəbər verib. Təyyarələr 20 dəqiqədən sonra geri dönüblər.
Türkiyə hökuməti 2018-ci ilin sonlarında açılan və təxminən 12 milyard dollara başa gələn hava limanının inşası üçün özəl firmalara tender elan edib. Minimum sərnişin zəmanəti ilə hökumət tərəfindən maliyyələşdirilən obyekt bütün tikinti mərhələləri başa çatdıqdan sonra dünyanın ən böyük hava limanı olacaq.
Artıq hava limanı saatlıq uçuş və enmə qabiliyyətinə görə Avropanın ən böyük limanıdır. “Forbes Eurocontrol” məlumatlarına istinadən bildirir ki, Paris Charles de Gaulle, Amsterdam Schiphol və Frankfurtla müqayisədə İstanbul hava limanında saatda 120-dən çox uçuş və eniş edilir.
Lakin xüsusən COVID-19 pandemiyasının başlamasından bəri və bir çox sərnişinin İstanbulun Anadolu tərəfindəki Sabiha Gökçen hava limanından istifadə etməyi üstün tutmasından sonra obyekt istifadəsiz qalıb. Avropa hökumətləri hələ səyahətçilərə və tətilçilərə Türkiyəyə uçmağı tövsiyə etməyiblər.