İşsizlər üçün sığorta fondu yaradılır

”Azərbaycanda ”qara mühasibatlıq” var, bir çox şirkət rəhbəri işçilərlə əmək müqavilələri imzalamır”

Source:


”Azərbaycanda ”qara mühasibatlıq” var, bir çox şirkət rəhbəri işçilərlə əmək müqavilələri imzalamır”

“Azərbaycanda xeyli sayda insan əmək müqaviləsi olmadan işlədilir. Bu xeyli narahatedici haldır. Çünki gələcəkdə onların pensiya almasında ciddi problem yaranacaq. Bundan başqa, insanların əmək haqları azaldılır. Məsələn, 500 manat məvacib alan insanın maaşı dəfələrlə azaldılır. Həm əmək müqaviləsi olmadan işləyənlərin, həm də məvacibləri azaldılan insanların pensiyası necə olacaq? Belə çıxır ki, bu qanun əmək müqaviləsi olan insanların xeyrinə olacaq. Biz əmək müqaviləsi bağlamadan fəaliyyət göstərən şirkətlərin cərimələnməsini görmürük”.

Deputat Qənirə Paşayeva bu fikirləri iyunun 13-də Milli Məclisin iclasında “İşsizlikdən sığorta haqqında” yeni qanun layihəsinin  müzakirəsi zamanı səsələndirib.

Qənirə Paşayeva

Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib ki, qanun layihəsində işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondunun yaradılması və bu fondun maliyyələşməsi ilə bağlı detallar əksini tapıb.

Deputat Qüdrət Həsənquliyev isə deyib ki, bu qanunun Azərbaycanda qəbul olunmasına ehtiyac yoxdur:

“Hadi müəllim qeyd etdi ki, qanunun əsas məqsədi sığorta verməkdən daha çox məşğulluq idarələrini canlandırmaqdır. Ancaq mən düşünürəm ki, həm də və ən əsası sığorta təşkilatlarına pul qazandırmaqdır. Məsələn, qanunda elə müddəalar var, qeyd olunur ki, əgər məşğulluq idarəsi 2 dəfə hər hansı sığorta olunmuş şəxsə iş təklif edirsə və şəxs bundan imtina edirsə, ona sığorta ödəmirik. Həmçinin birinci 6 ay, sonra isə 3 ay müddətinə sığortanın tətbiq olunması. Bundan başqa, Azərbaycanda vətəndaşların əmək haqlarından vergilərə və sosial fondlara ödəmələrə görə 49 faiz tutulur. Ona görə də, Azərbaycanda “qara mühasibatlıq” var, bir çox idarə, müəssisə, təşkilat, şirkət rəhbəri işçilərlə əmək müqavilələri imzalamır. Çünki 49 fazi həddindən artıq yüksəkdir. İndi bunun üzərinə işsizliyə görə sığortanın ödənməsini gəlsək, bu, bir az da məsələni çətinləşdirəcək. Ona görə də, düşünürəm ki, bu qanunun indiki dövrdə, əhalinin gəlirlərinin kifayət qədər yüksək olmadığı zamanda işçiləri sığortalasaq, bu vəziyyəti yaxşılaşdırmayacaq, bir az da korlayacaq. Azərbaycanda insanlar avtomobillərini sığorta ediblər. Məsələn, avtomobilin təmiri üçün 5000 manat lazımdır. Sığorta şirkəti gəlib deyir ki, sənə 3000 manat verirəm.  İstəyirsən qəbul et, istəmirsən məhkəməyə ver. Məhkəmə də uzun müddətli araşdırmalar, prosedsurlar deməkdir. Heç camaat bunu elətdirə bilmir. Qaldı ki, işsizliyə görə də sığorta edək. Ona görə də, düşünürəm ki, bu qanunun qəbulu tezdir, müzakirədən çıxarılmaldır. Bu, sırf sığorta şirkətlərinin maraqlarına xidmət edən bir qanundur”.

Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov bildirib ki, qanun layihəsinin məqsədi əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verməkdir. Qanun layihəsi I oxunuşda səsə qoyularaq qəbul edilib.

Ana səhifəXəbərlərİşsizlər üçün sığorta fondu yaradılır