Koronavirus pandemiyasından sığortanın yeganə yolu kimi evdə qalmaq göstərilir. Lakin bu da əlavə problemlər yaradır. Xüsusilə Bakıda kirayəçilərin çoxluğunu nəzərə alsaq, problemin miqyasını təxmin etmək çətin olmaz. Hökumət bununla bağlı hansısa addım atmayıb. Beləcə, hər şey vətəndaşların öz öhdəsində qalıb. Bəs, iş yerini itirənlər, gəlirləri azalanlar kirayə haqqını necə ödəyir?
Günay kimi ev sahibi baxmından bəxti gətirməyənlər də var. Xanım Mustafayeva da onlardan biridi.
Yeni evlənən cütlük – Fəğan və Nərgiz də işlə bağlı problemlər yaşayır. Onlar bu ay məsələni qismən də olsa yoluna qoya biliblər. Amma problem təkcə kirayə haqqında da deyil. Artıq ödəmə vaxtı çatan kreditlər də başqa bir yandan gənc ailəni düşündürür.
Hökumət isə hələ də səssizliyini qoruyur. Kirayə haqları və kreditlər barədə İqtisadiyyat naziri Mikayıl Cabbarovun sahibkarlara müraciətindən başqa bir əməli fəaliyyət yoxdu. Vətəndaşlarsa getdikcə uzanan karantin şəraitində vəziyyətdən necə çıxacaqlarını bilmir.