İsrailin müdafiə naziri dəyişdirildi

Benyamin Netanyahu və Yoav Qalant. Foto: Reuters

Benyamin Netanyahu Qalantla müharibənin aparılması ilə bağlı fikir ayrılığına düşdüyünü deyib

Noyabrın 5-də İsrailin Baş naziri Benyamin Netanyahu müdafiə naziri Yoav Qalantı vəzifəsindən azad edib.

“The Jerusalem Post”un yazdığına görə, yeni müdafiə naziri vəzifəsinə xarici işlər naziri vəzifəsini icra edən İsrael Katz təyin edilib. Gideon Saar isə yeni xarici işlər naziri təyin edilib.

“İsrailin Baş naziri kimi mənim ən yüksək məsuliyyətim ölkənin təhlükəsizliyini təmin etmək və bizi qəti qələbəyə çatdırmaqdır. Müharibə dövründə Baş nazirlə müdafiə naziri arasında tam etimada hər zamankından daha çox ehtiyac duyulur. Əgər kampaniyanın ilk aylarında bizdə belə bir etimad var idisə və çox şey əldə etmişiksə, son aylarda təəssüf ki, mənimlə müdafiə naziri arasında bu etimad sarsıldı”, – deyə Netanyahu bəyanatında bildirib.

Baş nazirin sözlərinə görə, o, Qalantla müharibənin aparılması ilə bağlı fikir ayrılığına düşüb:

 “Mən fikir ayrılıqlarını həll etmək üçün çox cəhdlər etdim, lakin onlar daha geniş oldu. Onlar həm də ictimaiyyətə qəbuledilməz formada tanındılar və daha da pisi, düşmənlərimizə məlum oldular – düşmənlərimiz bundan həzz aldılar və bundan böyük bəhrələniblər”.

Netanyahu hökumət üzvlərinin əksəriyyətinin onun qərarını dəstəklədiyini də bildirib.

Y.Gallant istefasını elan etdikdən qısa müddət sonra “İsrailin təhlükəsizliyi həmişə mənim həyat missiyam olub və belə də qalır”,-deyə açıqlayıb . Yoav Qalant 2022-ci ilin dekabrında İsrailin müdafiə naziri təyin olunub.

2023-cü ilin martında Netanyahu Qalantı bu vəzifədən azad edib. Bu, Qalantın İsrail hökuməti tərəfindən təşviq edilən məhkəmə islahatını açıq şəkildə tənqid etməsindən qısa müddət sonra baş verib. İki həftə sonra Netanyahu Galantın müdafiə naziri qalacağını dedi.

“The Guardian” qeyd edir ki, İsrailin HƏMAS-la müharibəsi zamanı Netanyahu ilə Qalant arasında müharibənin necə aparılacağı və israilli girovların necə qaytarılacağı ilə bağlı fikir ayrılıqları artmaqda davam edirdi. Qəzet qeyd edir ki, “son damla” müdafiə nazirinin ultra-pravoslav yəhudilərin orduya çağırılmasını müdafiə etməsi olub.

2024-cü ilin mayında Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokuroru Kərim Xan Netanyahu və Qalant, habelə HƏMAS-ın üç liderinin həbsinə order verilməsini istəyib. Prokurorun sözlərinə görə, Netanyahu və Qalant 2023-cü il oktyabrın 8-dən Qəzza zolağında törədilmiş hərbi cinayətlərə görə məsuliyyət daşıyırlar. Prokurorun tələbi bir çox Qərb ölkələrinin liderlərini, o cümlədən ABŞ Prezidenti Co Baydeni qəzəbləndirib.

Ana səhifəDünyaİsrailin müdafiə naziri dəyişdirildi