İsrailə bağlı daha bir casus proqramı jurnalistlərin, siyasətçilərin məlumatlarını toplayıb

Foto: Meydan.TV

“QuaDream” “iPhone” telefonlara sıza bilib

“Citizen Lab” (Vətəndaş Laboratoriyası) qurumu  tərəfindən dərc edilən iki hesabatda İsrailin casus proqram şirkəti olan “QuaDream” tərəfindən hazırlanmış proqram təminatı ilə bir çox ölkədə jurnalistlərin, vətəndaş cəmiyyəti üzvlərinin və fəalların telefonlarındakı məlumatlara icazəsiz daxil olunduğu bildirilib.

“Vaşinqton Post” yazır ki, Kanadanın Toronto Universitetinə bağlı “Microsoft” şirkəti ilə “Citizen Lab” tərəfindən dərc edilən iki hesabatda bir çox ölkədə jurnalistlərin, vətəndaş cəmiyyəti üzvlərinin və fəalların telefonlarındakı məlumatların, ABŞ-ın hazırladığı proqram təminatı ilə icazəsiz əldə edildiyi bildirilib.

İsrail cəsus proqram şirkəti “QuaDream”

“Microsoft” və “Citizen Lab” şirkətlərinin bir-birini tamamlayan araşdırmalarında, İsrail mərkəzli “QuaDream” şirkəti tərəfindən “Reign” adı ilə bazara çıxarılan proqram təminatının hökumətləri tənqid edən insanların “İPhone” telefonlarına çıxış əldə etdiyi müəyyən edilib.

“Mirsoroft”, İsrailin “QuaDream” tərəfindən hazırlanmış casus  proqramının “iPhone” telefonlarının iOS əməliyyat sisteminin köhnə versiyalarına qarşı necə istifadə edildiyini müəyyən edərkən, “Citizen Lab” bu araşdırmanın qurbanlarına diqqət yetirib və müxalifləri izləmək üçün proqramdan hansı ölkələrin istifadə etdiyini ortaya çıxarıb.

Qurbanlar jurnalistlər, siyasi müxalifət xadimləri və QHT işçiləridir

“Citizen Lab” təşkilatı və “Microsoft” Təhdid Kəşfiyyat Birliyinin onlarla paylaşdığı bəzi nümunələrin təhlili əsasında Şimali Amerika, Orta Asiya, Cənub-Şərqi Asiya, Avropa və Yaxın Şərqdə qurbanların müəyyən edildiyini açıqlayıb.

Qurumun hesabatında ölən jurnalistlər, siyasi müxalifət xadimləri və qeyri-hökumət təşkilatlarının əməkdaşları olduğu bildirilib.

Hesabatda “QuaDream”in casus proqramının iOS əməliyyat sisteminin 14-cü versiyasından istifadə edilən cihazlarda da quraşdırıldığı aşkar edilib.

Hesabatda İsrail firmasının Bolqarıstan, Çexiya, Macarıstan, Qana, İsrail, Meksika, Rumıniya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Özbəkistanda serverləri aşkar edilib.

Məlumata görə, Meksika, Macarıstan və BƏƏ proqram təminatından istifadə ediblər.

2021-2023-cü illərdə bu ölkələrdə “QuaDream” casus  proqramı ilə əlaqəli cəmi 600 server və 200 domen adının aşkar edildiyinə dair məlumatların yer aldığı hesabatda Meksika, Macarıstan və BƏƏ-nin bu cəsus proqramına qarşı istifadə olunduğunun müəyyən edildiyi qeyd edilib.

Hesabatda qeyd olunur ki, “QuaDream” casus proqramının şirkət və ya İsrail hökuməti tərəfindən istifadə edilib-edilmədiyi müəyyən olunmayıb. Ancaq hesabatda İsrailin bu proqramı fələstinli insan haqları müdafiəçiləri və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı istifadə etməkdə şübhəli bilindiyi diqqətə çatdırılıb.

Ana səhifəDünyaİsrailə bağlı daha bir casus proqramı jurnalistlərin, siyasətçilərin məlumatlarını toplayıb