Oktyabrın 10-dan Azərbaycan Hava Yolları QSC (AZAL) Təl-Əvivə və əks istiqamətdə uçuşları bərpa edəcək.
Eyni zamanda, şirkətin məlumatında qeyd edilir ki, uçuşlarla bağlı hər hansı dəyişiklik və ya yenilik olarsa, sərnişinlər dərhal məlumatlandırılacaq.
AZAL İsraildə baş verən son hadisələrlə əlaqədar oktyabrın 8-də Təl-Əvivə və əks istiqamətdə uçuşları ləğv etmişdi.
İsrail televiziyasının məlumatına görə, hücumlarda ən azı 600 nəfər həlak olub.
Qəzzanın Səhiyyə Nazirliyi cavab zərbələri nəticəsində 370 nəfərin öldüyünü bildirib.
UNRWA (BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər Agentliyi) isə Qəzza zolağında 73 min fələstinlinin Qəzza zolağındakı agentlik məktəblərinə köçürüldüyü haqda məlumat yayıb.
Agentlik vurğulayıb ki, anklavda köçkünlərin bütün ehtiyaclarını ödəyə bilməz.
HƏMAS döyüşçülərinin naməlum sayda mülki vətəndaşı və əsgəri əsir götürdüyü bildirilir
Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu nəticəsində yüzlərlə insan həlak olub, minlərlə yaralı var.
İsrail mediası xilasetmə xidmətinin rəsmilərinə istinadən ən azı 250 nəfərin öldüyünü, 1500 nəfərin yaralandığını bildirib.
Fələstin Səhiyyə Nazirliyi isə məlumat yayıb ki, İsrailin endirdiyi zərbələr nəticəsində Qəzza zolağında ən azı 232 nəfər ölüb, 1700 nəfər yaralanıb.
Bildirilir ki, HƏMAS döyüşçüləri naməlum sayda mülki vətəndaşı və əsgəri əsir götürərək Qəzzaya aparıblar. İsrailin bir zərbəsindən sonra HƏMAS-ın raket zərbələri Tel-Əviv və yaxınlıqdakı şəhərətrafı qəsəbə daxil olmaqla dörd şəhəri vurub. İsrail ordusu bildirib ki, HƏMAS gün ərzində 3500-dən çox raket atıb.
İsrailin Baş naziri B.Netanyahu bildirib ki, İsrail Qəzzaya tədarükünü dayandıracaq:
“İsrail Qəzzaya elektrik enerjisi, yanacaq və mal tədarükünü dayandıracaq. Bütün ərazilərin enerjisini təmin edən İsraildən gələn elektrik enerjisinin səhər saatlarında kəsilməsindən sonra Qəzzanın böyük hissəsi gecəyə doğru qaranlığa qərq olub”.
Netanyahu həmçinin əks əməliyyatın “birinci mərhələsi”nin başa çatdığını əlavə edib. O, hücumu “şərtsiz və möhlətsiz” davam etdirəcəyinə söz verib.
“FlightAware”-in məlumatına görə, şənbə günü axşam saatlarından Təl-Əvivə 80-dən çox reys təxirə salınıb.