İsraildə çalışan anestezioloq reanimatoloq Tural Alekberli

Mənbə: Meydan tv

Başlıq: İsraildə çalışan anestezioloq reanimatoloq Tural Alekberli

İsraildə çalışan həkimdən COVİD 19-la mübarizə protokolu

Məqalə yeniləndi:  11 İyul 2020

İsraildə çalışan anestezioloq reanimatoloq Tural Alekberli COVİD 19-la mübarizə ilə bağlı protokol hazırlayıb.

Doktor Tural Alekberli hazırda İsrailin ən böyük universitet xəstəxanasında - Hadassah Medical Center, The Hebrew University of Jerusalem-də işləyir. O, xəstəxanadakı digər işlərlə və elmi araşdırmalarla yanaşı COVID19 reanimasiyasında da aktiv çalışır.

Azərbaycanda COVID 19-un müalicəsi üçün qəbul olunmuş protokol olmadığı üçün, o, ön cəbhədə savaşan həkimlərə kömək məqsədilə dünyanın bir çox mərkəzində (ABŞ, Kanada, İsrail, Avropa mərkəzləri, Türkiyə) istifadə olunan protokollardan və eyni zamanda ÜST və CDC göstərişlərindən faydalanaraq, bir xəstə dəyərləndirməsi və müalicə protokolu hazırlayıb.

Mütəxəssis Meydan TV vasitəsilə həmin protokolu COVİD 19-la mübarizə aparan insanlara və həkimlərə çatdırmaq istəyir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  11 İyul 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/jbnv52

Ən çox baxılan