Əsgərlərdən iyirmi bir nəfərinin partlayış nəticəsində həlak olduğu müəyyənləşib
İsrail Qəzzada iyirmi dörd əsgərinin öldürüldüyünü iddia edir.
Bu ölkənin rəsmiləri bildirirlər ki, oktyabrdan başlayan müharibədən bu yana İsrailin ən böyük itkisidir.
İsrail ordusunun sözçüsü kontr-admiral Daniel Həqari jurnalistlərə bildirib ki, əsgərlərdən iyirmi bir nəfər partlayış nəticəsində həlak olub.
“Bu, bir neçə hadisə ilə baş verib. Biri qarşı tərəfin tankları reaktiv qumbaraatanlardan atəşə tutulması nəticəsində, digəri isə partlayıcı yerləşdirilən iki binadakı partlayışla baş verib. Binalar əsgərlərin üzərinə uçub”.
O bildirib ki, hələ də hadisənin təfərrüatlarını və partlayışın səbəblərini öyrənirlər və araşdırırlar:
“Bundan əvvəl aldığımız məlumata görə, Qəzzanın cənubunda ayrıca hücumda üç əsgərimiz həlak olub”.
Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kidra “Reuters” agentliyinə bildirib ki, hücum İsrail qüvvələrinin Qəzzanın qərbi Xan Yunus bölgəsinə doğru, havadan, dənizdən və qurudan bombardmanları ilə xəstəxanaya hücumu, tibb işçilərini həbs etməsi ilə baş verib.
Xəstəxanadakı vəziyyətlə bağlı İsraildən heç bir məlumat verilməyib və hərbi sözçünün ofisi heç bir şərh verməyib.
Qidra bildirib ki, bazar günü gecə Xan Yunisdə ən azı 50 nəfər həlak olub, tibb müəssisələrinin mühasirələri isə onlarla ölü və yaralının xilasedicilərin əli çatmadığı anlamına gəlir.
Müharibənin qızışdığı bir zamanda ABŞ İsraili günahsız fələstinliləri və tibb işçilərini müdafiə etməyə çağırıb.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi fevralın 22-də İsrailin özünü müdafiə etmək hüququna malik olduğunu deyib, lakin əlavə edib:
“Biz onlardan beynəlxalq hüquqa uyğun olaraq bunu edəcəklərini və xəstəxanalardakı günahsız insanları, tibb işçilərini və xəstələri müdafiə edəcəklərini gözləyirik”.
İsrail həmçinin iddia edir ki, xəstəxanalar HƏMAS döyüşçülərinə xidmət göstərir. Tibb müəssisələri isə bunu inkar edir.