İsrail öz tarixində ilkə imza atıb
İsrail Xarici İşlər Nazirliyi xristian-ərəb olan Corc Diki Azərbaycana yeni səfir təyin edib.
“Turan” agentliyinin məlumatına görə, C.Dik 10 ildir XİN sistemində fəaliyyət göstərir və İsrailin xarici ölkələrdə səfirliyinə rəhbərlik edəcək ərəb milliyətindən olan ilk diplomatıdır.
C.Dik, həmçinin XİN-ə işə qəbul edilən ilk xristian-ərəb olub.
O, Yaffada anadan olub. Beynəlxalq hüquq üzrə mütəxəssisdir. Təhsilini İsraildə alıb, sonradan ABŞ-da təcrübə praktikasını keçib.
Bundan əvvəl İsrailin Norveç və Nigeriyada diplomatik nümayəndəliklərində işləyib.
İsrail XİN bəyan edib ki, C.Dik istedadlı diplomatdır və ümid etdiklərini bildiriblər ki, o, İsrailin Azərbaycanda maraqlarını lazımınca qoruyacaq.