İspaniyada terror: 13 ölü, 32 yaralı olduğu bildirilir

Naməlum sürücü idarə etdiyi mikroavtobusu kütlənin üzərinə sürüb

Source:

Naməlum sürücü idarə etdiyi mikroavtobusu kütlənin üzərinə sürüb

Avqustun 17-də İspaniyanın Barselona şəhərundə terror aktı olub.

“Hürriyet”-in məlumatına görə, naməlum sürücü idarə etdiyi mikroavtobusu kütlənin üzərinə sürüb.

Sürücünün hadisə yerindən qaçdığı, bölgədəki bütün metro və qatar stansiyalarına giriş-çıxışların bağlandığı bildirilir.

İspaniya polisi hadisənin terror aktı olduğunu açıqlayıb.

Las Ramblas turizm bölgəsində baş vermiş hadisə nəticəsində 13 nəfərin öldüyü, 32 nəfərin isə yaralandığı bildirilir.

Ana səhifəXəbərlərİspaniyada terror: 13 ölü, 32 yaralı olduğu bildirilir