İspaniyada ölənlərin sayı 200-ü keçdi

Foto: Reuters

Leysan yağışlarının davam edəcəyi bildirilir

İspaniyada güclü yağış və tufan nəticəsində yaranan daşqın qurbanlarının sayı 205 nəfərə çatıb.

Onların əksəriyyətinin Valensiya sakinləri olduğu bildirilir.

Dövlət rəsmilərinin məlumatına görə, Kastiliya-La Mançada 2, Əndəlüsdə isə 1 nəfər daşqınların qurbanı olub.

İspaniyanın cənub-qərbində, Əndəlüsün Huelva bölgəsində son saatlarda leysan yağışları yağır.

Cartaya şəhərinə isə artıq gecə yarısından bəri 127 mm-dən çox yağıntı düşüb.

Bu, təxminən iki aya bərabər olan yağıntıdır.

Bölgədə qırmızı xəbərdarlıq elan edilib.

Şərqə doğru – Valensiya, Kataloniyanın cənubu və bütün Balear adalarını – narıncı yağış xəbərdarlığı əhatə edir.

Bildirilir ki, burada tufanlar növbəti günə qədər yavaş-yavaş azalacaq, lakin leysan yağışları davam edəcək.

Ana səhifəDünyaİspaniyada ölənlərin sayı 200-ü keçdi