İspaniyada daşqında ölənlərin sayı 158 nəfərə çatıb

Foto: Reuters

Valensiyada dağıntıların olduğu deyilir

İspaniyada daşqınlar nəticəsində 158 nəfərin həyatını itirdiyi bildirilir.

BBC-nin oktyabrın 30-da yaydığı məlumatda deyilir ki, daşqınlar xüsusən də Valensiyada dağıntılar yaradıb.

Oktyabrın 22-də İspaniyanın cənub və şərqində dağıdıcı daşqınlar baş verib, ilk gün ölənlərin sayının 64-ə çatdığı deyilirdi:

Onlarla yaşayış məntəqəsi, o cümlədən Valensiya və Malaqa şəhərləri su altında qalıb. İnsanların xilas edilməsi və axtarışı üçün zərərçəkmiş ərazilərə mindən çox xilasedicinin göndərildiyi deyilir”.

İspaniyanın Baş naziri Pedro Sançes bildirmişdi ki, xilasetmə işlərində bütün lazımi resurslardan istifadə olunacaq.

Regional hakimiyyət orqanları daşqından zərər çəkmiş bölgələrin sakinlərini hər hansı müstəqil səyahətdən çəkinməyə çağırıb.

Valensiyada sonuncu böyük daşqın 2023-cü ilin sentyabrında baş verib.

Həmin vaxt İspaniyadakı kataklizm nəticəsində ən azı üç nəfər həlak olmuşdu.

Alimlər qeyd edirlər ki, iqlim dəyişikliyi regionda ekstremal hava hadisələrinin artmasına səbəb olur.

Meteoroloqlar isə bildirirlər ki, Aralıq dənizində temperaturun artması yağıntıların intensivliyinə əhəmiyyətli təsir göstərən aktiv buxarlanmaya gətirib çıxarır.

Ana səhifəDünyaİspaniyada daşqında ölənlərin sayı 158 nəfərə çatıb