İspan parlamentar: Azərbaycan demokratiyanın ən yüksək səviyyəsini yaşayır

”Şəffaflığa zidd heç bir faktla rastlaşmamışam”

Source:
Çixilo Barber Xose Maria foto APA
Çixilo Barber Xose Maria foto APA
Çixilo Barber Xose Maria foto APA
Çixilo Barber Xose Maria foto APA


”Şəffaflığa zidd heç bir faktla rastlaşmamışam”

“Azərbaycanda seçkilər tam şəffaf şəkildə keçirilir”.

Bu sözləri APA-ya açıqlamasında İspaniya parlamentinin deputatı, NATO PA-nın üzvü Çixilo Barber Xose Maria deyib. O bildirib ki, Azərbaycan demokratiya dövrünün ən yüksək səviyyəsini yaşayır: “Gənclərdən yaşlılara qədər seçicilərə rast gəlmişik. Bununla dövlət Azərbaycan xalqının Konstitusiyaya edilən dəyişikliklərdə iştirak etməsinə şərait yaradır. Biz bir daha şahid olduq ki, Azərbaycan böyük addımlar atır. Hər bir vətəndaş üçün şərait yaradılıb ki, öz fikrini ifadə etsin”.

“Şəffaflığa zidd heç bir faktla rastlaşmamışam”.

Bu açıqlamanı isə Serbiya parlamentinin deputatı, AŞPA-nın üzvü Marko Blaqoyeviç deyib.

Marko Blaqoyeviç  foto APA
Marko Blaqoyeviç foto APA

O, indiyədək 9 seçki məntəqəsinə baş çəkdiyini bildirib: “Bütün müşahidəçilər çox mədəni davranırlar. Hər şey qaydasındadır. Seçicilər daha çox günün birinci yarısında fəallıq göstərirdilər”.

Ana səhifəXəbərlərİspan parlamentar: Azərbaycan demokratiyanın ən yüksək səviyyəsini yaşayır