İsmayıllıya gələn 4 nəfər turisti hovuzda elektrik cərəyanı vurub

”Hazırda hadisənin baş verməsində təqsiri olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir”

Source:
İsmayıllı, hovuz, arxiv foto
İsmayıllı, hovuz, arxiv foto


”Hazırda hadisənin baş verməsində təqsiri olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir”

İyulun 7-də İsmayıllı rayonunda istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələn olayla bağlı cinayət işi açılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıldığını söyləyib.

Bildirilir ki, hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə müvafiq ekspertizalar təyin edilib.

E.Sultanov APA-ya deyib ki, hazırda hadisənin baş verməsində təqsiri olan, eləcə də texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifələri həvalə edilmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

İyulun 7-də istirahət etmək üçün Bakı və Zaqataladan İsmayıllıya gələn 4 nəfər turisti elektrik cərəyanı vurub. Hadisə nəticəsində Bakı şəhər Binəqədi rayon sakini, 1984-cü il təvəllüdlü Adıgözəlov Emin Zakir oğlu, Abşeron rayonu Xırdalan qəsəbə sakini, 1979-cu il təvəllüdlü Quliyev Gülhüseyn Xaliqverdi oğlu ölüb.

Zaqatala rayon sakini 1981-ci il təvəllüdlü Ömərov Eltəkin Məhəddin oğlu və Bakı şəhəri Nizami rayon sakini, 1986-cı il təvəllüdlü Əliyev Zakir Mahir oğlu təcili yardım avtomobili ilə İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Hadisə istirahət mərkəzinin hovuzunda baş verib. Gənclər hovuzda çimərkən qəflətən suya birləşən elektrik cərəyanı onları vurub. Hovuzun içərisində rəngli işıqların və su motorunun olduğu, cərəyanın da həmin qurğuların nasaz naqilləri vasitəsilə suya birləşdiyi ehtimal olunur.

Ana səhifəXəbərlərİsmayıllıya gələn 4 nəfər turisti hovuzda elektrik cərəyanı vurub