İsmayıllının Kürdmaşı kəndi ilanların kütləvi hücumuna məruz qalıb

Yerli sakinlər son iki gündə sürü halında kəndə soxulan 40-dan çox ilanı öldürdüklərini, qalanlarının isə kolluq ərazidə gizləndiyini deyirlər

Source:

foto APA
foto APA


Yerli sakinlər son iki gündə sürü halında kəndə soxulan 40-dan çox ilanı öldürdüklərini, qalanlarının isə kolluq ərazidə gizləndiyini deyirlər

İsmayıllı rayonunda torpağın altından sürü halında çıxan ilanlar görənlərin marağına və qorxusuna səbəb olub.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Kürdmaşı kəndindəki dağ yamacında peyda olan ilanları ilk dəfə kənd sakinləri görüblər. Sakinlərin sözlərinə görə, ilanların üzə çıxdığı ərazi kəndin mal-qarasının örüş sahəsi olduğundan bu hal onlar üçün çətinlik yaradır.

İlanlara artıq kənddə də rast gəlinir. Yerli sakinlər son iki gündə sürü halında kəndə soxulan 40-dan çox ilanı öldürdüklərini, qalanlarının isə kolluq ərazidə gizləndiyini deyirlər. Kənd sakinlərinin dediyinə görə, ilanların uzunluğu 1.5 və 2 metrdir. Havaların soyuq və yağışlı olmasına baxmayaraq, ilanların torpağın üstünə çıxması təəccüb doğurub.

Kənd sakinləri bildirib ki, yayda kənd ərazisində ara-sıra ilanlar görünməsi normal hal olsa da, soyuq havada zəhərli sürünənlərin kütləvi şəkildə üzə çıxması təşviş yaradır.

Ana səhifəXəbərlərİsmayıllının Kürdmaşı kəndi ilanların kütləvi hücumuna məruz qalıb