İsmayıllıda zəlzələ olub

Yeraltı təkan episentrdə 4 bala qədər hiss olunub

Foto: arxiv
Zəlzələ şkalası/ sosial şəbəkə
Zəlzələ şkalası/ sosial şəbəkə

Yeraltı təkan episentrdə 4 bala qədər hiss olunub

Dekabrın 13-də İsmayıllı rayonunda zəlzələ baş verib. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ saat 04:33-də Pirquludan 13 km şimal-qərbdə, İsmayıllı rayonu ərazisində qeydə alınıb.

Maqnitudası 4.5 olan, 9 km dərinlikdə baş verən yeraltı təkan episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

“İsmayıllıdakı zəlzələ çox güclü olmayan, amma hiss olunandır”, – bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, İsmayıllıda bu cür təkanların baş verməsi gözləniləndir: “Hazırda o zonaya xas olan bir proses gedir. Digər seysmogen zonalara nisbətən Şamaxı-İsmayılı aktiv zonadır”.

Q. Yetirmişli qeyd edib ki, Azərbaycanda dağıdıcı zəlzələlər gözlənilmir.

Ana səhifəXəbərlərİsmayıllıda zəlzələ olub