İsmayıllıda qəza: 7 nəfər ölüb

FHN: ”3 nəfərsə xəsarət alıb”

Source:


FHN: ”3 nəfərsə xəsarət alıb”

Sentyabrın 26-dan 27-nə keçən gecə İsmayıllıda ağır yol qəzası baş verib. 7 nəfər ölüb. Ölənlərdən 3-ü uşaqdır.

Məlumatı Fövqəladə Hallar Nazirliyi (FHN) yayıb. Bildirir ki, İsmayıllı rayonu ərazisində “Toyota” və “Opel” markalı iki minik avtomobili toqquşub.

Nəticədə “Opel” markalı avtomobilin sürücüsü və 6 nəfər sərnişini hadisə yerində ölüb.

“Digər avtomobildə olan 3 nəfərsə xəsarət alıb”.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəsədləri və xəsarət alanları deformasiyaya uğramış avtomobildən çıxarıblar. Hazırda təhqiqat gedir. Hadisə ilkin olaraq yağışlı havada yolun sürüşkən olması ilə izah edilir.

Ana səhifəXəbərlərİsmayıllıda qəza: 7 nəfər ölüb