İsmayıllı olayları ilə bağlı Şəki Ağır Cinayətlər Məhkəməsində 18 nəfərin işinə baxılır. Məhkəmə şahid ifadələri ilə davam edir. Ötən ilin yanvar-mart aylarından həbs olunan məhbusların ailələri necə dolanırlar? Bu suala məhbusların valideynləri cavab verirlər.
23 yanvarda İsmayıllıda Çıraq otelinin işçisinin sakinləri təhqir etməsi ilə insident baş verdi.. Sakinlər oteli və onun həyətindəki maşınları yandırdılar. Daha sonra “Çıraq” otelin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərova məxsus olması təsdiqləndi. Hadisədən sonra İsmayıllı rayon icra başçısı, Füzuli Ələkbərovun qardaşı Nizami Ələkbərov vəzifəsindən uzaqlaşdırıldı.
Bu yazı 11 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 27 Yanvar 2014 17:18