“İsmayıllı işi”nə görə polis işdən qovulub

“Vasif İbrahimov deyib ki, yerli sakinlər İcra Hakimiyyəti başçısının özbaşınalığına, sahibkarların məmurlar tərəfindən sıxışdırılmasına, onlardan pul tələb etməsinə, kommersiya obyektlərinin sökülməsinə və s. qəzəblənib”

Source:


“Vasif İbrahimov deyib ki, yerli sakinlər İcra Hakimiyyəti başçısının özbaşınalığına, sahibkarların məmurlar tərəfindən sıxışdırılmasına, onlardan pul tələb etməsinə, kommersiya obyektlərinin sökülməsinə və s. qəzəblənib”

Sentyabrın 17-də Şəki Apellyasiya Məhkəməsində 23-24 yanvar 2014-cü il İsmayıllı iğtişaşları haqqında iş üzrə proses davam edib.

İclasda üç şahidin olmadığı məlum olub. Onlardan biri, Əlavə Bədəlov – Mingəçevir polis idarəsi rəisinin qardaşı xəstə olduğunu bildirib.

Bu, təqsirləndirilən Anar Həsənovun etirazına səbəb olub. Onun sözlərinə görə, Bədəlov Həsənovun etirazçıları sakitləşdirdiyini təsdiq edə biləcək əsas şahiddir.

Qısa fasilədən sonra digər iki şahidin günün ikinci yarısında gələcəyi elan edilib.

Bundan sonra təqsirləndirilən Vasif İbrahimovun vəsatəti ilə onun iğtişaşlar zamanı ATV telekanalına müsahibəsinin videomaterialı nümayiş olunub.

Vasif İbrahimov müsahibədə baş verənlərlə bağlı şərh verərkən deyib ki, yerli sakinlər İcra Hakimiyyəti başçısının özbaşınalığına, sahibkarların məmurlar tərəfindən sıxışdırılmasına, onlardan pul tələb etməsinə, kommersiya obyektlərinin sökülməsinə və s. qəzəblənib.

Vasif İbrahimov hesab edir ki, o, müsahibəsinə görə təqib olunur.

Günün ikinci yarısında İsmayıllı polisinin keçmiş əməkdaşı Fərəc Əzizov ifadə verib.

O, təqsirləndirilənlərdən hər-hansı birinin qanunsuz əməl törətdiyini təsdiq etməyib. O,  1-ci instansiya məhkəməsində də  eyni şeyi deyib, bundan sonra uydurma bəhanə ilə işdən qovulub.

Keçmiş polis bu gün bir daha təqsirləndirilən Səftər Ağamalıyevin etirazçıları sakitləşdirdiyini təsdiq edib.

Vəkil Fuad Ağayev rayon polis şöbələrinin və MTN-in guya Məmmədov və Tofiq Yaqublunun etirazçıları hüquqazidd əməllərə təhrik etməsi haqqında protokollarının iş materialları arasından çıxarılması barədə vəsatət qaldırıb.

O qeyd edib ki, bu, çoxsaylı şahid ifadələrində və məhkəmədə baxılmış videomateriallarda təsdiqini tapmayıb. Lakin məhkəmə bu vəsatəti təmin etməyib.

Növbəti iclas sentyabrın 18-nə təyin edilib. Həmin iclasda vəkillərin çıxışları gözlənilir.

17 mart 2013-cü ildə Şəki Ağır Cinayətlər Məhkəməsi İsmayıllı iğtişaşlarında iştiraka və onların təşkilinə görə 18 nəfər barəsində hökm verib.

REAL hərəkatının lideri İlqar Məmmədov 7 il, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Hər ikisi Amnesty İnternational tərəfindən “vicdan məhbusu” kimi tanınıb.

Daha 8 nəfər 8 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bir o qədər də müttəhim şərti cəza alıb.

Ana səhifəXəbərlər“İsmayıllı işi”nə görə polis işdən qovulub