İslamiada vaxtı nəqliyyatın hərəkət qaydaları açıqlanıb

”Tamaşaçılar stadiona yalnız metro və ekspress-avtobuslarla gedə biləcəklər”

Source:


”Tamaşaçılar stadiona yalnız metro və ekspress-avtobuslarla gedə biləcəklər”

Bakı Nəqliyyat Agentliyi ilə paytaxt polisi IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış günlərində (mayın 12-si, mayın 22-si) nəqliyyatın hərəkət qaydalarını açıqlayıb.

Mayın 8-də Bakı Nəqliyyat Agentliyində keçirilən mətbuat konfransında açılış və bağlanış tədbirlərinin Bakı Olimpiya Stadionunda keçiriləcəyi bildirilib.

Mayın 12-si və 22-də gündüz “Excelsior” otelindən Sabunçu qəsəbəsinə kimi Heydər Əliyev prospektində hərəkət tam dayandırılacaq. Həmçinin “Neftçilər” prospektində – “Azneft” meydanından Yusif Səfərov küçəsinə kimi nəqliyyatın hərəkətinə ara veriləcək.

Tamaşaçılar stadiona yalnız metro və ekspress-avtobuslarla gedə biləcəklər. Stadiona gedən avtobuslar və metro pulsuz olacaq.

Taksiləri də stadiona yaxınlaşmağa qoymayacaqlar. Həmçinin, şəxsi avtomobillərin stadionun yaxınlığında dayanmasına icazə verilməyəcək.

Həmin günlər, Heydər Əliyev və “Neftçilər” prospektlərinin bağlanması ilə əlaqədar saat 17:00-dan 1, 13 saylı avtobuslar öz fəaliyyətini dayandıracaq.

Ana səhifəXəbərlərİslamiada vaxtı nəqliyyatın hərəkət qaydaları açıqlanıb