İslamçıların hücumunda qadınlar hədəf olub

Noyabr ayında Burkina Fasonun sərhədi yaxınlığında yerləşən Malinin cənubunda aparılmış əməliyyat zamanı vertolyotun toqquşması baş verib və nəticədə 13 fransız əsgəri öldürülüb.

Source: Foto: arxiv


Baş vermiş hücum motosikletli onlarla döyüşçü tərəfindən həyata keçirilib

Şübhəli islamçı militanlar tərəfindən hərbi bazaya və Burkina Fasoda yerləşən bir şəhərə hücumda 31-i qadın olmaqla 35 mülki şəxs öldürülüb, – rəsmilər bildirir.

BBC xəbər verir ki, ordu çərşənbə axşamı Soum vilayətinin şimalında yerləşən Arbinda bölgəsinə edilmiş hücumu dəf edərkən 7 əsgər və 80 hərbçi öldürülüb.

Prezident Roch Mark Christian Kaboré iki günlük milli matəm elan edib.

Cihadçı qruplar son illərdə Burkina Faso və digər Qərbi Afrika ölkələrində hücumları artırıb.

Qərbin regional hökumətlərə üsyançılara qarşı mübarizədə kömək etməsinə baxmayaraq, islamçıların hücumları davam edir. Noyabr ayında Burkina Fasonun sərhədi yaxınlığında yerləşən Malinin cənubunda aparılmış əməliyyat zamanı vertolyotun toqquşması baş verib və nəticədə 13 fransız əsgəri öldürülüb.

Ötən həftə sonu Fransa prezidenti Emmanuel Makron (Macron) Nigeriyaya səfər edərkən Sahel bölgəsində məskunlaşmış silahlılara qarşı mübarizəni xüsusilə vurğulayıb.

“Önümüzdəki həftələr terrorizmə qarşı mübarizədə bizim üçün önəmlidir”,- o deyib.

Çərşənbə axşamı günü baş vermiş hücum motosikletli onlarla döyüşçü tərəfindən həyata keçirilib və bir neçə saat davam edib. İndiyə qədər heç bir qrup bu hücumla bağlı məsuliyyəti öz üzərinə götürməyib. Lakin bölgədə əsasən Əl-Qaidə və ya İslam Dövləti ilə bağlılığı olan qruplar aktivdir.

“Bu vəhşi hücum 35 mülki şəxsin, əksəriyyəti qadınların ölümünə səbəb olub”,- prezident Kabore deyib. O, həmçinin hücum edənlərə qarşı mübarizə aparan əsgərlərin “qəhrəmanlığını” yüksək qiymətləndirib.

Bu ayın əvvəlində silahlılar ölkənin şərqində yerləşən kilsəyə atəş açaraq ən azı 14 nəfərin ölümünə səbəb olublar.

Əsasən müsəlman ölkəsi olan Burkina Faso əvvəllər nisbətən daha sabit olub, lakin 2015-ci ildən etibarən ciddi toqquşmalara ev sahibliyi edir.

Burkina Fasoya münaqişə qonşu ölkə Malidən yayılır. 2012-ci ildə islamçılar Malinin şimalını ələ keçiriblər.

Ana səhifəDünyaİslamçıların hücumunda qadınlar hədəf olub