Saxlanılanlar olub, onların arasında İslam Partiyasının sədri Elçin Manafov da var
İyulun 25-də Qüds Günü ilə bağlı İsrailin Bakıdakı səfirliyinin qarşısında aksiya keçirilib.
Qüds Günü hər il Ramazan ayının sonuncu cümə günü müsəlmanların Fələstin xalqı ilə həmrəyliyi əlaməti olaraq Qüdsün azad edilməsi tələbilə keçirilir.
Aksiya iştirakçıları “Qəzzada insan qətliamına son!”, ”Beynəlxalq cinayətlər törətmiş İsrail rejiminə ölüm!” şüarları səsləndiriblər.
Lakin polis aksiyanı dağıdıb. Saxlanılanlar var. Onlar Yasamal Rayon Polis İdarəsinin 26 və 27-ci polis bölmələrinə aparılıb. Saxlanılanların arasında İslam Partiyasının sədri Elçin Manafov, partiyanın təşkilat məsələləri üzrə sədr müavini Vüqar İbayev də var.
İslam Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli “Turan İA”-a bildirib ki, aksiyada 100-ə yaxın adam iştirak edib və onların çoxu saxlanılıb.
Onun sözlərinə görə, aksiya başlamazdan əvvəl saxlanılanlar da var.