“Ən bahalı biletin qiyməti 5 manat olacaq”
“IV İslam Həmrəyliyi Oyunları üçün 260 min bilet çıxarılacaq satışa”, – “Bakı 2017″nin korporativ direktoru Elçin Səfərov belə deyib. Məlumatı “Report” yayıb.
Elçin Səfərov biletlərin satışına Novruz bayramından etibarən başlanılacağını bildirib:
“”İslamiada-2017″nin açılış və bağlanış mərasimləri üçün olan biletlər də bu sıraya daxildir”.
Elçin Səfərov biletlərin qiymətinin 2-5 manat arasında olacağını deyib: “Qiymətlər 2 manatdan başlayacaq. Ən bahalı bilet 5 manat olacaq. Azərbaycanda baş vermiş devalvasiyaya baxmayaraq, həm biletlərin qiymətləri artırılmayıb, həm də endirim nəzərdə tutulmayıb. Bu addımı “İslamiada-2017″ni daha çox azarkeşin izləməsi üçün atmışıq. “İslamiada”nın açılış mərasimi üçün biletin qiyməti 20 manatdan, bağlanış mərasimi üçün 10 manatdan başlanır”.
Direktor biletləri onlayn almağın mümkün olduğunu da bildirib: “Bundan başqa, bilet satışını tərəfdaşlıq etdiyimiz supermarketlərdə də təşkil edəcəyik”.