İslam Oyunları iştirakçıları Azərbaycana vizasız gələcək

XİN: ”Sadələşdirilmiş viza rejiminin tətbiqi nəzərdə tutulub”

Source:
Hikmət Hacıyev


XİN: ”Sadələşdirilmiş viza rejiminin tətbiqi nəzərdə tutulub”

“IV İslam Həmrəyliyi Oyunlarına qatılacaq iştirakçılar, azarkeşlər və akkreditasiyadan keçmiş şəxslər Azərbaycana vizasız daxil ola biləcəklər”.

APA yazır ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib ki, IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar daha sadələşdirilmiş viza rejiminin tətbiqi nəzərdə tutulub.

 XİN rəsmisi qeyd edib ki, yarışları işıqlandırmaq üçün 1000-dən artıq xarici media qurumu akkreditasiya üçün müraciət edib: “Əksər müraciətlər artıq müsbət cavablandırılıb və bu proses hazırda davam edir”.

IV İslam Həmrəyliyi Oyunları 2017-ci il mayın 12-22-si tarixlərində Bakıda keçiriləcək. İdman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6 000-ə yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub.

Ana səhifəXəbərlərİslam Oyunları iştirakçıları Azərbaycana vizasız gələcək